Pekində seçicilərin 18 faizi səs verib
9 Oktyabr 2013 08:34 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərindəki məntəqədə yerli vaxtla saat 12:00-dək seçicilərin 18 faizi səs verib.
Məntəqə seçki komissiyasından bildiriblər ki, saat 12:00-dək adları seçici siyahısında olan 52 vətəndaşımız səsvermə hüququndan istifadə edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.(AzərTAc)
AzNews.az