MSK-ya 62 müraciət daxil oldu- Yenilənib

9 Oktyabr 2013 10:16 (UTC+04:00)
"Səsvermə başlandığı saatdan indiyə qədər Mərkəzi Seçkilər Komissiyasının 115 nömrəli "qaynar xətt" ümumi 62 müraciət daxil olub".


Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov jurnalistlərə deyib ki, müraciətlərin əksəriyyəti Dairə Seçki komissiyalarında səs vermək üçün məntəqələrin yerinin müəyyənləşməsi və digər hüquqi məsələlərlə bağlı olub.

Müraciətlərin 9-u sosial şəbəkə 22-si 115 saylı "Qaynar xətt"ə zəng və qalanları isə digər vasitələrlə olub.


***
11:15
MSK-nın "Qaynar xətti"nə prezident seçkiləri ilə əlaqədar 49 müraciət daxil olub. Bunu MSK İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib.

O bildirib ki, bu məlumatların heç biri qanun pozuntusu ilə əlaqədar deyil. Məlumatlar əsasən seçicilərin öz adlarını seçici siyahısında yoxlanması, səs verəcəkləri seçki məntəqələrinin yerini və ünvanını öyrənmək xarakterli olub.

***
11:09
Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında 115 nömrəli "qaynar xətt" fəaliyyət göstərir.

MSK –dan bildirib ki, səsvermənin gedişi zamanı baş verə biləcək qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə bağlı "qaynar xətt"ə zəng vuraraq məlumat vermək mümkündür.

AzNews.az