Rüstəm İbrahimbəyov səs verdi
9 Oktyabr 2013 15:24 (UTC+04:00)
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycanın Gürcüstandakı səfirliyində səs verdiyini deyib.
R. İbrahimbəyov açıqlamasında hazırda Tiflisdə olduğundan və seçki hüququndan Azərbaycanın Gürcüstandakı səfirliyində istifadə etdiyini söyləyib: "Hazırda Tiflisdəyəm, burdan da Varşavaya uçuram. Ona görə də Gürcüstanda səs verdim".
Azərbaycanın Gürcüstandakı səfirliyindən də R. İbrahimbəyovun səfirlikdə yaradılmış seçki məntəqəsində səs verdiyini təsdiqləyiblər. (apa)
AzNews.az