“QHT Əməkdaşlıq Alyansı” “exit-poll”un nəticələrini açıqladı

9 Oktyabr 2013 17:21 (UTC+04:00)
"QHT Əməkdaşlıq Alyansı" prezident seçkilərinin gedişində keçirdiyi "exit-poll"un nəticələrini elan edib.

AzNews.az xəbər verir ki, qurumun sədri Rufiz Qonaqov tərəfindən açıqlanan nəticələr belədir:

İqbal Ağazadə - 1,88%
İlham Əliyev – 83,89%
Araz Əlizadə - 0,71%
Hafiz Hacıyev – 0,79%
Qüdrət Həsənquliyev – 1,30%
Cəmil Həsənli – 8,20%
İlyas İsmayılov – 0,95%
Fərəc Quliyev – 0,63%
Sərdar Cəlaloğlu – 0,67%
Zahid Oruc – 0,98%.

"Exit-poll"un bütün 125 dairə üzrə keçirilib.

Təşkilatın həmsədri Rafael Becanov "exit-poll"un metodologiyası haqda suala cavabında bildirib ki, onlar bütün məqamları nəzərə almağa çalışıblar və daha dəqiq rəqəmlər sabah açıqlanacaq: "Yalnız onu deyə bilərəm ki, seçkilər ədalətli və şəffaf keçirilib".

"Exit-poll"a əsasən seçkidə seçicilərin 67%-i iştirak edib.