İqbal Ağazadənin müavini istefa verdi - İLK ETİRAZ
10 Oktyabr 2013 12:29 (UTC+04:00)
Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin müavini Aynur İmranova istefa verib. O, bu barədə məlumatı özünün facebook səhifəsində yazıb:
"Açıqlamaq istəyirəm ki, bu andan etibarən Ümid Partiyasının sıralarından istefa barədə qərar qəbul eləmişəm. Mən başda İqbal Ağazadə olmaqla bütün Ümidçilərə bundan sonrakı siyasi fəaliyyətlərində uğurlar arzulayıram".
Xəbəri A. İmranova AzNews.az-a təsdiqləyib.
O, istefasının səbəbləri ilə bağlı danışmaq istəmədiyini bildirib.
Bahar
AzNews.az