Gənclərdən İlham Əliyevə dəstək bəyanatı
11 Oktyabr 2013 11:40 (UTC+04:00)
"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi oktyabrın 9-da keçirilən president seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda birlik xalqımızı, xüsusən də gəncləri - azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirilən prezident seçkilərində İlham Əliyevin yenidən qələbə qazanması münasibətilə təbrik edib: "Bu qələbə dahi öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən milli dövlətçilik strategiyasının cənab İlham Əliyev tərəfindən daha da uğurla həyata keçirilməsinə xalqımızın inamını özündə təcəssüm etdirir. Məhz cənab İlham Əliyevin düşünülmüş, mükəmməl, cəsarətli və qətiyyətli siyasətinin təntənəsi olan bu qalibiyyət xalqımızın daim ölkə rəhbərinə inandığını, arxalandığını və onun təkrarolunmaz milli inkişaf kursunu dəstəklədiyini bir daha təsdiq edir. Biz əminliklə bildiririk ki, cənab İlham Əliyevin yenidən 5 il müddətinə ölkəmizin rəhbəri seçilməsi Azərbaycan Respublikasının sabitliyi və yüksəlişinə, xalqın rifahı və əmin-amanlığına öz töhfəsin verməklə, biz gənclərin inkişafına yeni üfüqlər açmaqla yanaşı, hər bir azərbaycanlı gəncin uğurlu gələcəyinə təminat verir. Biz gənclər bir daha cənab Prezidentimizi dəstəklədiyimizi bəyan edir, onunla qurur duyduğumuzu və daim həmrəy olduğumuzu bildiririk".
Elnur
AzNews.az