190 ölü, 200 girov, 67 edam - HESABAT

11 Oktyabr 2013 12:51 (UTC+04:00)

Mərkəzi ABŞ-ın Nyu-York şəhərində olan İnsan Haqlarının Müşahidə (HRW) təşkilatı insanlığa qarşı törədilən cinayətlərlə bağlı araşdırma aparıb. Təşkilat açıqladığı hesabatda Suriyadakı rejim əleyhdarı olan bəzi müxalif qrupların Lazkiye çölündəki edam, girov və kütləvi qətllərdə məsuliyyət daşıdıqlarını açıqlayıb.

Hesabata görə, avqustun 4-də Lazkiye-de 190 nəfər öldürülüb, 200 nəfər girov götürülüb. 67 qurban isə edam edilib.

HRW-nin Yaxın Şərq üzrə direktoru, vəkil Joe Stork açıqlamasında bildirib ki, bu pozuntular bəzi döyüşçülər tərəfindən edilən fərdi hərəkətlər deyil: "Əməliyyatlar şiə kəndlərində yaşayan sivil xalqa qarşı koordinasiyalı və planlı bir hücumdur".

Hesabatda hücuma qatılanlar arasında ən az 20 fərqli silahlı müxalif qrupun olduğu bildirilib.

Elman
AzNews.az