İnsanların mumyalaşmış əcdadları tapıldı
12 Oktyabr 2013 14:57 (UTC+04:00)
Avstriyalı genetiklər müasir insanların mumyalaşmış 19 əcdadını tapıblar. Bu,3700 tirolluya xarakterik olan, elmdə "Otsi" adlandırılan qədim insan əcdadların mutasiyasından edilmiş kəşfdir. Təfərrüatı İnsburk Tibb Universitetinin tədqiqatlar kollektivinin təmsilçilərinin Austrian Press Agency-yə istinadən verdiyi məlumatda açıqlanır.
Məlumatda alimlərin elmdə "otsi" adlanan qədim insan cəsədi qenomlarının tədqiqindən belə bir nəticə əldə etdikləri deyilir. Daha sonra 3700 nəfər könüllüdən qan analizi götürülüb. Qan analizi vermiş 19 nəfərdə Tirolya Alplarının qədim əcdadlarına məxsus olan nadir mutasiya aşkarlanıb.
Bu kəşf İtaliyanın və İsveçrənin sərhədyanı ərazilərində qədim "otsi"-lərin törəmələrinin yaşadığını deməyə əsas verir. Tədqiqatçılar bu araşdırılmalarını adıçəkilən ölkələrdən olan həmkarları ilə birlikdə davam etdirməsini planlaşdırırlar.
Əvvəllər də 1991-ci ildə buz içindən tapılmış cəsəd, "tirollu" buzlaşmış insan kimi tanınmışdı. Mumyalaşaraq qalmış "otsi", buz içərisində qaldığından yaxşı saxlanılıb. Cəsəd 20 il ərzində kifayət qədər yaxşı tədqiq olunub.
Alimlər nəinki buzlaşmış insanın sağlığında heyvandarlıqla məşğul olduğunu təyin ediblər, hətta onun sağ ikən hansı yaralar aldığını, sonuncu dəfə şam edərkən nə yediyini və digər məlumatları əldə ediblər. Alimlər hətta qədim cəsədin əlinin dərisindəki döyməsini tədqiq edərək, keçmişdə insanların döymələri hisslə çəkdiyini öyrəniblər.(anspress)
AzNews.az