Müxalifət barışıq konfransından imtina etdi

14 Oktyabr 2013 07:27 (UTC+04:00)
Suriyanın ən böyük müxalifət quplaşması olan Xalq Şurası Cenevrədə keçiriləcək sülh danışıqlarında iştirakdan imtina edib. Bu barədə məlumatı təşkilatın Türkiydəki nümayəndəsi Corc Cəbri verib.

Onun sözlərinə görə, Şura müxalifət koalisiyasından çıxa bilər: "Əgər Milli Koalisiya Cenevrədə keçirilən konfransda iştirak edərsə, o zaman biz bu koalisiyada qalmaq barədə fikirləşməli olacağıq".

Qeyd edək ki, müxalift koalisiyası ölkədə vəziyyətin müzakirə olunacağı və hakimiyyətlə bir arada oktyabrın 26-27-də keçiriləcək konfransda iştiraka razılıq verib.

Elnur
AzNews.az