Dozadan artıq narkotik qəbul etdi, öldü

14 Oktyabr 2013 08:30 (UTC+04:00)
Bakının Yasamal rayonu ərazisində narkotik vasitə qəbul etmiş şəxs ölüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Xiyabani küçəsi ev 8-in qarşısından 1983-cü il təvəllüdlü Əliyev Samir Şahvələd oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilib. Həkimlərin səyinə baxmayaraq 30 yaşlı S.Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, S.Əliyev narkotik vasitə aludəçisi olub. Füzuli rayonundan məcburi köçkün olan S. Əliyev daha öncə narkotik vasitə daşıdığına görə həbsdə də yatıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.(lent.az)

AzNews.az