Xumar Qədimova ailə qurmağa hazırlaşır

14 Oktyabr 2013 13:29 (UTC+04:00)
Müğənni Xumar Qədimova ailə qurmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda ATV telekanalında yayımlanan "Gün keçir" verilişində deyib. Aparıcının ona göndərilən sevgi məktubunu oxumasını istəməyən X. Qədimova gözlənilməz etiraf edib:

"Bu yaxınlarda ailə qurmağa hazırlaşıram. Bu məktubdakı sözlər mənə mane ola bilər, aramızda problem yaradar. Yarımı itirərəm. İndi-indi güclə seçim edirəm, hələ də tərəddüdlərim var. Etməyin, məktubu oxumayın".


AzNews.az