Xumar Qədimova ərə getməsi xəbərindən danışdı
14 Oktyabr 2013 15:15 (UTC+04:00)
Müğənni Xumar Qədimova ailə qurmağa hazırlaşması ilə bağlı haqqında yayılan məlumatlara aydınlıq gətirdi.
O, AzNews.az-a açıqlamasında ərə gedəcəyi ilə bağlı yayılan məlumatı təkzib etdi: "Bu barədə mən "ATV-Maqazin" verilişində danışacam.
Baxarsınız və deyəcəklərimi eşidərsiniz. Sadəcə, istərdim ki, bunu hamı bilsin ki, yayılan məlumat yalandır".
Xatırladaq ki, Axşam.az saytı ATV telekanalında yayımlanan "Gün keçir" verilişində ərə gedəcəyi barədə məlumat verdiyini yazıb.
Bahar Rüstəmli
AzNews.az