Təhsil naziri cənub zonasının vətəndaşlarını qəbul edəcək
14 Oktyabr 2013 17:07 (UTC+04:00)
Təhsil naziri Mikayıl Cabbarov Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulu 19 oktyabr saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində həyata keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya "Elektron müraciət" bölməsihttp://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.
AzNews.az