Aidiyyatı orqanlar gücləndirilmiş iş rejiminə keçdi - Video
14 Oktyabr 2013 17:22 (UTC+04:00)
Bayram günlərində paytaxtdan rayonlara gedən insanların rahatlığını təmin etmək və yarana biləcək sıxlığın qarşısının alınması üçün artıq aidiyyatı orqanlar tərəfindən gücləndirilmiş iş rejiminə keçilib. Artıq sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlərə başlanılıb. Bilet satışı və sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov: "Vağzalda, bütün stansiya və körpülərdə xoşagəlməz hadisələrin baş verməməsi üçün bizim mühafizə xidmətimiz nəzarət edir. Bundan əlavə, bayram günlərində sərnişin sıxlığı da çox olur. Bu sıxlığı aradan qaldırmaq üçün Sərnişindaşıma Departamenti həmişə olduğu kimi vaqonlar hazırlayır. Onlar online sistemi ilə, kassalarda post terminallardan bilet əldə edə bilərlər".
Beynəlxalq avtovağzalında isə bütün istiqamətlərə biletlər 10 gün əvvəldən satışa çıxarılıb. Bayram günlərində yaranacaq sıxlığın qarşısının alınması üçün əlavə marşrutların yaradılacağı da istisna edilmir.
Gücləndirilmiş iş rejimi oktyabr ayının 20-nə qədər davam edəcək.
AzNews.az