Əfv sərəncamının icrasına başlanıldı
15 Oktyabr 2013 07:41 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlayıb.
Əfv sərəncamı 153 nəfərə şamil olunub. Onlardan 134 nəfəri azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan, 1 nəfər islah işləri cəzasından, 16 nəfər isə cərimə cəzasından azad edilib.
Qeyd edək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də əfv olunanlar sırasındadır.
Bundan başqa, əfv olunanlar arasında 4 İran, 2 Banqladeş, 1 Rusiya, 1 Özbəkistan, 1 Gürcüstan və 1 Nigeriya vətəndaşı da var.
AzNews.az