“Orxan Zeynalov Azərbaycana qaçmağa hazırlaşıb“- Polis

16 Oktyabr 2013 10:33 (UTC+04:00)
Rusiyada Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinərək saxlanılan Orxan Zeynalov Azərbaycana qaçmağa hazırlaşıb. Rusiya mətbuatının yazdığına görə, onun cibindən Azərbaycana avtobus bileti tapılıb. AzNews.az "Life News"ə istinadən xəbər verir ki, o, axsam saat 18.00-da yola düşməyə hazırlaşıb, ancaq polislər onu həbs ediblər.

Məlumatlara görə o, avtobusu gözləyərkən Kolomna parkında gəzişdiyi zaman saxlanılıb. Moskva polisinin nümayəndəsi Boris Yakovçenkonun sözlərinə görə, Orxan saxlanarkən heç bir problem baş verməyib: "Xüsusi çətinlik yaranmadı. Silahı yox idi, o, rahatlıqla saxlanıldı, günahını bütünlüklə etiraf etdi".
Daha sonra öldürülən gəncin yanında olan qız- Ksenya Popova Orxanı tanıyıb.
Elnur
AzNews.az