Özbəkistan vətəndaşı qəddarcasına öldürüldü

16 Oktyabr 2013 11:36 (UTC+04:00)
Moskva şəhərinin Şərqi Brryulov rayonunda Özbəkistan vətəndaşı öldürülüb. Çoxlu bıçaq yarası alan miqrantın son zamanlar baş verən millətlərarası qarşıdurmanın qurbanı olduğu ehtimal edilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cəsəd dəmir yolundan bir qədər aralıda tapılıb. Daha sonra onun Özbəkistan vətəndaşı olduğu aydınlaşıb.

Qeyd edək ki, Bryulovda Yeqor Şerbkovun ölümündən sonra miqrantlarla skinhedlər arasında qarşıdurma getdikcə dərinləşir.

Dəfələrlə miqrantların yaşadığı və işlədiyi ərazilərə hücum edilib.

Elnur
AzNews.az