Orxan Zeynalovun evində gecələdiyi azərbaycanlılar danışdı- VİDEO
17 Oktyabr 2013 07:01 (UTC+04:00)
Rusiyada Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun həbsindən əvvəlki günü harda keçirməsi məlum olub.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, O.Zeynalov Kalomnada həmyerliləri Rübail və Zöhrənin evində qonaq qalıb.
Rübailin açıqlamasına görə, onlar Orxanla bu ilin yayında tanış olublar. Rübailin Kalomnada yemiş-qarpız satılan obyekti var. Onunla tanış olan Orxan da bu ticarətə başlamaq istəyib, ancaq işləri düz gətirmədiyinə görə Moskvaya qayıdıb.
Oktyabrın 14-dən 15-ə keçən gecə Orxan dostu Rübailə zəng edib və həmyerliləri onu evlərinə qonaq dəvət ediblər: "O xahiş etdi ki, bizdə gecələsin. Özünü çox sakit aparırdı. Şəkillərini hələ televizorda göstərməmişdilər. Buna görə də həmyerlimiz kimi onu sakitcə evə buraxdıq".
Səhər Rübail qonağı evdə qoyub işə gedib. O.Zeynalov Rübailin xanımı Zöhrədən televizor və ya kompyuter olub-olmadığını soruşub.
Daha sonra Zöhrə yuxudan oyananda Orxanı artıq evdə görməyib: "Qapı açıq idi. Bundan sonra təsadüfən televizorda xəbərlərər baxdım, Yeqor Şerbakovun qatilinin şəklini göstərdilər. Bunu görəndə həyəcandan ürəyim getdi. Saat 7-də evə adamlar gəldi, əl izləri götürməyə, sorgu-sual etməyə başladılar". Bu isə ev sahiblərini daha da qorxuya salıb.
Bu hadisədən sonra ev sahibləri evdən çıxmağa və ya qapını kimsəyə açmağa qorxublar.
Elnur
AzNews.az