BŞİH Milli Şuranın mitinqi ilə bağlı açıqlama yaydı

17 Oktyabr 2013 11:08 (UTC+04:00)
"Demokratik Qüvvələrin Milli Şurasından Bakı Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb".

Bunu APA-ya Bakı Şəhər İcra Hakimiyyətin (BŞİH) ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.

Z. Ramazanov əlavə edib ki, Milli Şuradan mitinqin keçirilməsi ilə bağlı bu saata qədər BŞİH-yə heç bir müraciət edilməyib: "İcra hakimiyyətinin ümumi şöbəsinə ümumiyyətlə həmin qurumdan hər hansı müraciət daxil olmayıb".

Qeyd edək ki, Milli Şuradan oktyabrın 20-də paytaxtda mitinq keçirilməsi ilə bağlı oktyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildiyi bildirilib.

AzNews.az