“Rəsul Quliyev yeni partiya yaradır” – Milli Şura

17 Oktyabr 2013 13:34 (UTC+04:00)
Acıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev partiyadan və Milli Şuradan istefa verib. Bu barədə R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu məlumat verib. Onun sözlərinə görə, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidir.

"El" hərəkatının Ali Məclis sədri, Milli Şura üzvü Eldəniz Quliyev AzNews.az-a açıqlamasında istefanın səbəbini R.Quliyevin yeni partiya yaradacağı ilə əlaqələndirdi: "Gedəni yolundan saxlamaq olmaz. Gedirsə, yaxşı yol. Onun son zamanlar verdiyi açıqlamalarda Milli Şuradan gedəcəyi açıqca hiss olunurdu. O, açıq mesajlar verirdi. Rəsul da bu yolu tutdu. Milli Şuranı həzm edə bilmirdi. Onun siyasətdən gedəcəyinə inanmıram. Məndə olan məlumata görə, o, siyasi partiya yaradacaq. Siyasətdən getmək Rəsul Quliyevin xarakterinə görə məhv olmaq deməkdir. Çox istərdim ki, Rəsul Quliyev hara gedir-getsin, amma əqidəsindən getməsin".

Bahar Rüstəmli
AzNews.az