Rəsul Quliyev Milli Şuraya şərt qoydu

18 Oktyabr 2013 09:16 (UTC+04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan istefa verməsi haqda yayılan xəbərləri təkzib edib. Modern.az xəbər verir ki, eks-spiker Milli Şuradan getmədiyini bildirib:

"Mənim sizin tanış olduğunuz 52 dəqiqəlik çıxışım seçkilərin hansı səbəbdən uduzulduğuna həsr olunub və siz onunla tanış olmusunuz. Və həmin çıxışda hansı səbəblər çərçivəsində Milli Şuranı tərk edəcəyimi izah etmişəm. Təəssüf edirəm ki, bəzi informasiya vasitələri bilərəkdən guya mənim Milli Şuranı tərk etdiyimi yazırlar. Cənablar belə deyil. Milli Şura mənim qaldırdığım məsələni müzakirə etməlidir, ondan sonra gedib-getməməkdən söhbət açmaq olar"-deyə R.Quliyev açıqlama verib.

AzNews.az