Azərbaycan Rusiyaya ikinci dəfə nota verdi
19 Oktyabr 2013 10:29 (UTC+04:00)
Azərbaycan diplomatları hələ də Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə bilməyiblər.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı təkrar nota göndərib. Eyni zamanda Rusiya Təhqiqat Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlanıb.(lent.az)
AzNews.az