Milli Qəhrəman anası olan rus qadın Rusiyanı pislədi - VİDEO

19 Oktyabr 2013 18:23 (UTC+04:00)
Orxan Zeynalovun kobud şəkildə həbs edilməsi və bir şəxsin qətlə yetirilməsi ilə bütün azərbaycanlı miqrantlara qarşı atılan addımlar Azərbaycandakı rus icmasının nümayəndələri tərəfindən də pislənilir. Milli Qəhrəman Yuri Kovalyovun anası Larisa Pavlovna baş verənləri yolverilməz hesab edir.

Hələ soydaşlarımızın Rusiyada yaşayışının bir az da çətinləşəcəyi gözlənilir. Çünki bundan sonra isə hər həftənin cümə günü miqrantlara qarşı əməliyyatlar keçiriləcək və onların yaşadığı evlər də axtarılacaq.

Y. Kovolyovun anası Larisa Pavlovna: "Rusiyada o qədər bir-birini öldürən, bir-birinə pislik edən var. Kimsə kimisə öldürübsə bu qədər səs vermək lazımdı. Bu azərbaycanlıdı ona görə? Yox! Millətin burada nə təqsiri var? Niyə hamısı coşub? Niyə Azərbaycan milləti o qədər yaxşı iş görür, demirlər? Bir nəfərə görə belə ajiortaj yaratmaq düzgün deyil".





AzNews.az