Gürcüstandakı dini müəssisələr pulsuz qazla təmin olunacaq
19 Oktyabr 2013 19:17 (UTC+04:00)
Gürcüstandakı bütün dini müəssislər bir il ərzində təbii qazla pulsuz təmin olunacaq. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) başçısı Rövnəq Abdullayevlə Gürcüstanın baş keşişi II İlya arasında imzalanmış memorandumda bildirilib.
Sənədin imzalanma mərasimində iştirak edən, Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib ki, 2013-cü il noyabrın 1-dən 2014-cü il noyabrın birinədək Gürcüstan ərazisindəki bütün dini müəssislər pulsuz təbii qazla təmin olunacaq.
AzNews.az