İtaliya nasist cinayətkarın dəfninə icazə verdi
19 Oktyabr 2013 21:35 (UTC+04:00)
11 oktyabrda ölən nasist cinayətkar Erix Pribkenin meyidinin ortalıqda qalaraq dəfninə heç yerdə icazə verilməməsi barədə yazmışdıq. İtaliya hökuməti onun dəfn olunmasına icazə versə də, Albano şəhərində baş tutmalı olan dəfn mərasimi camaatın ciddi narazilığına səbəb olub, qarşıdurma yaranıb və məcburiyyət qarşısında qalaraq meyidi yenidən geriyə, hərbi aerodroma qaytarıblar.
AzNews.az -ın RİA NOVOSTİ - yə istinadən verdiyi xəbərə görə, rəsmi Roma nasistin dəfn olunacağı yeri və günü gizli saxlayacaq. "Hər şey razılaşdırılıb.Dəfn yeri və günü tam məxfi saxlanılacaq" - deyə Pribke Paolanın ailə vəkili Cakini İtaliya mətbuatına bildirib.
Erix Pribke 24 mart 1944 - cü ildə Roma yaxınlığındakı Ardeatin mağaralarında SS qüvvələri tərəfindən 335 dinc italiyalının öldürülməsində günahlandırılır. Pribke kütləvi qətlin baş təşkilatçısı olub. Müharibədən sonra o, Argentinaya qaçıb. 50 ildən sonra İtaliyaya ekstradasiya olunub və burada ona ömürlük həbs cəzası kəsilib. Onun qəbrinin nasistlər üçün ziyarətgaha çevriləcəyindən qorxduqlarına görə Pribke öləndən sonra Argentina hökuməti, Roma və onun doğma alman Xenniqsdorfu hərbi cinayətkarın dəfninə icazə verməyiblər.
Alı
AzNews.az