Həbsxanaya mobil telefon keçirməyə cəhd edildi - FOTO
20 Oktyabr 2013 17:21 (UTC+04:00)
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
ANS PRESS-in xidmətin saytına istinadla verdiyi məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 317-2.2 maddələri ilə təqsirli bilinərək 9 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəqani Vidadi oğlu Ağayevin yanına qısa müddətli görüşə gəlmiş vətəndaş Saleh Cahid oğlu Abdullayevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman onun ayağında olan ayaqqabının içərisində gizlədilmiş xüsusi üsulla düzəldilmiş yerdən 1 (bir) ədəd "Nokia C-5-00" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Daha bir əməliyyat - axtarış tədbirləri nəticəsində adıçəkilən həbsxanada cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 221.3 və 66.3 maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mirzə Əliyevin yanına uzun müddətli görüşə gəlmiş atası vətəndaş H.Əliyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ayağında olan ayaqqabının içərisində gizlədilmiş xüsusi üsulla düzəldilmiş yerdən 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "Sim", 1 (bir) ədəd "Cin" və 1 (bir) ədəd "Nar" danışıq kartları, mobil telefon aparatı üçün nəzərdə tutulmuş 2 (iki) ədəd qulaqcıq –blutuz aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
AzNews.az