Toya silahlı basqın; 4 ölü

21 Oktyabr 2013 07:05 (UTC+04:00)

Misirdə xristian toyuna silahlı basqın nəticəsində 4 nəfər həlak olub. Onların arasında 8 yaşlı qız və 70 yaşlı qadın da var. Daha 18 nəfər isə müxtəif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Qahirənin Əl-Varrak rayonunda qeydə alınıb. Motosklda toya basqın edən naməlum xəslər kilsədən çıxan qonaqlara avtomat silahlardan atəş açıb. Polis rayona bütün giriş-çıxış yollarını bağlayaraq basqın edən şəxsləri axtarır.

Qeyd edək ki, Misirin 84 milyonluq əhalisinin 10 faizini xristianlar təşkil edir.

Elnur
AzNews.az