Tibb dünyası şokdadır

21 Oktyabr 2013 12:13 (UTC+04:00)
Tibb dünyası şokdadır….

Bu barədə bir neçə ay öncə bir məqalə yazmışdım. Dünyaca məhşur mütəxəssislərin bakteriyaların antibiotiklərə qarşı getdikcə daha güclü müqavimət göstərdiklərinə dair SOS siqnalı barədə…

Tibb Dünyası sözün gerçək mənasında şokdadır və ciddi antibiotik həyacanı yaşayır. Çünki bakteriyaların antibiotikərə qarşı müqaviməti surətlə artır. ABŞ yayımlanan "Newsweek" jurnalı dünyaca məhşur mütəxəsislərin fikirlərini özündə əks etdirən maraqlı bir məqalə dərc edib. Əslində hamımızı ciddi dünşündürməli olan gerçəkləri yazıb. Mütəxəsislər bakteriyaların antibiotiklərə qarşı getdircə daha güclü müqavimət göstərmələri ilə bağlı təhlükələri belə izah ediblər: "Toplumun sağlamlığına qarşı tarixdə qarşı-qarşıya qalınan ən böyük təhdidlərdən biri…"

Antibiotik sonrası dönəmə girmək üzərəyik deyən alimlərin xəbərdahlıqları çox narahatvericidir: "Kiçik infeksiyaları müalicə edə bilməyəcək hala gəlirik." George Washington Üniversiteti Tibb Fakültəsindən Dr. Lance Prince də yaranmış vəziyyəti toplumun sağlamlığına qarşı tarixdə qarşı-qarşıya qalınan ən böyük təhditlərdən biri adlandıraraq deyib ki, daha öncə antibiotiklə rahatlıqla müalicə edə bildiyimiz kiçik infeksiyaları müalicə edə bilməyəcək hala gəlirik. Stanford Üniversitetindən David Relman da, " Bir praktikaçı həkimlərə içinizdə son dövrdə antibiotiklə müalicə edə bilmədiyiniz infeksiyalarla qarşılaşan varmı? deyərək soruşduğunda çoxu əl qaldırdı" deyə jurnala açıqlama verərərk ciddi təhlükə barədə xəbərdaqlıq edib. Bu vəziyyətə necə gəlib çatdıq? Belə vəziyyətin yaranmasının səbəbləri nədir? Bu vəziyyəti yaranmasında günahkar kimdir? deyə maraqlansanız cavab "Biz özümüz. Hamımız…" olacaq. Çünki antibiotiklərə qarşı dayanıqlı, güclü müvavimət göstərən bakteriyaların ortaya çıxmasında ən böyük məsuliyyət bilincsiz, dəqiq bilmədən, öyrənmdən, kortəbii şəkildə anitbiotikdən istifadənin üzərinə düşür. Bunu biz edirik… Bu da gəlinən vəziyyət…

Məsuliyyət təkcə sadə insanların üzərinə düşmür onlardan daha böyük məsuliyyət kiçik bir rahatsızlıq olan kimi bir insana, bir xəstəyə həmin dəqiqə antibiotik verən, yazan həkimlərin üzərinə düşür. Amma gəlin razılaşaq ki, indi öz-özünün həkimi olan və bir az özünü piss hiss edən həkimlə məsləhətləşmədən antibiotik istifadə edənlərin sayı yüzminlərlərdir. Bununla yaratdıqları təhlükənin fərqində belə deyillər. Özlərinin və övladlarının, yaxınlarının bu günü və gələcəyi üçün nə qədər böyük təhlükə yarandığının bəlkə fərqində belə deyillər… Bu yazını yazdım ki, artıq fərqində olmalıyıq. Alimlər SOS siqnalı çalır. İnsanların, xəstələrin tez-tez antibiotik istifadə etməsi bakteriyaların da mutasyaya uğrayaraq özlərini bu dərmanlara qarşı dayanıqlı, daha güclü müqavimət göstərən hala gətirməsinə səbəb olub. ABŞ da infeksiyon xəstəliklərlə mübarizə aparan CDC–nin tanınmış mütəxəsislərindən Tom Frieden yaranmış vəziyyəti bir cümlə ilə çox gözəl təsvir edib. "Antibiotik sonrası dövrə girmək üzərəyik" deyən mütəxəssis məsələn ishal kimi antibiotik müalicəsi ilə asan görünən xəstəliklərin artıq ölümcül hala gələ bildiyini və dərmanların ciddi təsir etməməyə başladığını deyib. CDC-nin məlumatlarına görə son illər sadəcə ABŞ-da hər il 2 milyon insan antibiotikə güclü müqavimət göstərən infeksiyalara tutulur və onların 23 min nəfəri ölür. Maraqlı statistikadır. Məncə hər bir ölkədə bu cür araşdırmaların və statistikalarəın olması çox önəmlidir. Tibb dünyasını və bu məsələnin nə qədər təhlükəli olduğunun fəqrində olanları digər məsələlər də ciddi narahat edir. Çünki antibiotiklər təkcə infeksion xəstəliklər deyil bu gün surətlə yayılan xərcəng xəstəlikləri zamanı kemoterapi və orqan köçürülməsi zamanı də çox böyük önəm daşıyır. Məsələn həkimlər antibiotiksiz bir ürək köçürülməsinin aparılmasının mümkünsüz olduğunu deyirlər və. s .

Antibiotiklərin təsirinin zəifləməsində heyvançılıq sektorunda toyuq və.s kimi heyvanları tez böyütmək üçün istifadə olunan antibiotikli hormonların da çox böyük rolu var və bu çox geniş yayılıb. O toyuqları isə biz yeyirik təssüf ki… Genetik modifikasiya olunmuş məhsullar, onların bu məsələdə dəhşətli rolunu və bizə vurduğu dəhşətli zərbələr barədə ayrıca bir məqalədə geniş izah etməyə çalışacam. Bu yazını yazmaqda məqsədim isə hamımızı düşünməyə, ehtiyatlı olmağa çağırmaqdır. Öz əlimizlə həyatımıza və gələcək nəsillərin həyatına dəhşətli zərbə vururuq. Hər birimiz ciddi düşünməli, ehtiyatlı olmalı və bilmədən kortəbii addımlar atmamalıyıq.

AzNews.az