“Pley-off“ oyunlarının püşkü atıldı

21 Oktyabr 2013 15:24 (UTC+04:00)
2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatının Avropa üzrə seçmə mərhələsinin "pley-off" oyunlarının püşkü atılıb.

İsveçrənin Sürix şəhərində keçirilən püşkatma nəticəsində Portuqaliya İsveçlə, Yunanıstan Rumıniya ilə, Ukrayna Fransa ilə, İslandiya isə Xorvatiya ilə qarşılaşacaq.

Xatırladaq ki, Avropa seçmə mərhələsinin 9 qrupunun qalibləri olmuş İngiltərə, Belçika, İtaliya, Bosniya və Herseqovina, İsveçrə, Hollandiya, Almaniya, İspaniya və Rusiya DÇ-2014-ə birbaşa vəsiqə qazanıblar. Qrup ikincilərindən 8 yığma isə öz aralarında Braziliyaya yollanacaq 4 ən güclünü müəyyən etməlidir (Qrup oyunlarının nəticələrinə görə ən az xal toplamış yığma istisna olmaqla - bu Danimarkadır).

Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 15-19 noyabr tarixlərində keçiriləcək.

AzNews.az