İki nazirliyin adı dəyişdirildi: Natiq Əliyevin səlahiyyətləri azaldıldı
22 Oktyabr 2013 18:03 (UTC+04:00)
Azərbaycanda iki nazirliyin adı dəyişdirilib.
AzNews.az xəbər verir ki, bu dəyişiklik prezident İlham Əliyevin bu gün Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı imzaladığı sərəncamda öz əksini tapıb. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Sənaye və Energetika Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Energetika Nazirliyi adlandırılıb.
Dəyişiklikdən anlaşılır ki, Natiq Əliyevin rəhbərlik etdiyi Sənaye və Energetika Nazirliyinin bir sıra səlahiyyətləri Şahin Mustafayevin rəhbərlik etdiyi keçmiş İqtisadi İnkişaf Nazirliyinə verilib.
Azər
AzNews.az