Kanadada qondarma erməni soyqırımına abidə qoyuldu
23 Oktyabr 2013 07:12 (UTC+04:00)
Kanadanın Kvabek əyalətinin üçüncü böyük şəhəri olan Lavaledə qondarma erməni soyqırımına abidə qoyulub.
Bu barədə "Asbarez" qəzeti məlumat yayıb.
AzNews.az xəbər verir ki, abidənin açılış mərasimində bütün erməni təşkilatlarının rəhbərləri iştirak edib. Abidəni Arto Çaxmakyan hazırlayıb.
Tədbirdə Ermənistanın Kanadadakı səfiri Armen Yeqanyan iştirak edərək beynəlxalq aləmi qondarma soyqırımını tanımağa çağırıb.
Elnarə
AzNews.az