Vəzifəli şəxs həbs edildi
23 Oktyabr 2013 09:04 (UTC+04:00)
"Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialında yol verilmiş qanun pozuntuları ilə bağlı açılan cinayət işi üzrə istintaq davam edir.
Bu barədə AzNews.az-a Baş prokurorluq yanınında Korrupsiyaya qarşı mübarizə idarəsindən məlumat verilib.
Cinayət işi "Aqrolizinq" ASC-nin İmişli rayon filialının müdiri Razi Talıbzadənin qulluq mövqeyindən istifadə edərək mənimsə faktı ilə əlaqədar açılıb. Belə iki, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidlərin 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satıldığı müəyyən olunub.
Beləliklə, R.Talıbzadə ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəyib. Bununla bağlı şübhələr üçün əsaslar tapıldığından onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən vəzifəli şəxs məhkəmə qərarı ilə həbs edilib.
AzNews.az