Əli Əhmədov MSK-ya müraciət etməlidir
23 Oktyabr 2013 10:32 (UTC+04:00)
"Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir".
Bunu APA-ya açıqlamasında Mərkəzİ Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimli söyləyib.
Mikayıl Rəhimli bildirib ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov baş nazirin müavini təyin edildiyi üçün MSK-ya müraciət etməlidir: "MSK isə bu müraciətə iki ay ərzində baxıb, millət vəkilini mandatından məhrum etməlidir".
AzNews.az