Sidney alov içində: fövqəladə vəziyyət elan edildi
23 Oktyabr 2013 11:22 (UTC+04:00)
Avstraliyanın New South Wales bölgəsi ilə Sidneyin qərbində hektarlarla meşəlik sahəni kül edən alov artan istilik və küləyin təsiri ilə daha da böyüyür. Bir həftədir davam edən yanğın, xüsusilə şəhərin yüksək seqmentlərindəki məskunlaşma yerlərinə təhlükə yaradır.
AzNews.az-ın səlahiyyətlilər bu ərazilərin dərhal boşaldılması üçün vətəndaşlara müraciət edib. Bir neçə fərqli nöqtədə davam edən yanğınlar səbəbindən bu ana qədər Sidney şəhər mərkəzindən 80 km məsafədə yerləşən 200-dən çox ev yanıb, bir nəfər həyatını itirib. 35° C-ə çatan istilər və sürəti saatda 70 km-ə çatan külək alovla mübarizəni çətinləşdirir. Bölgədə məktəblər də tətil edir.
İbrahim Kamiloğlu
AzNews.az