Sarkisyanı qumarda ittiham edən deputat AŞPA-ya buraxılmadı

23 Oktyabr 2013 12:55 (UTC+04:00)

Ermənistanın "İrs" Partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyanın Serj Sarkisyanı qumar borcunda ittiham etməsi hakimiyyətin sərt reaksiyası ilə qarşılanıb.

"İrs"in parlament fraksiyası bu ölkənini AŞPA-dakı nümayəndə heyətində artıq təmsil edilməyəcək. Belə bir qərar spiker Ovik Abramyanını rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib.

Qərara etiraz edən fraksiya üzvləri spikeri ittiham edib. "İrs"in parlament franksiyasının rəhbəri Zarui Postancyan spikerin ünvanına səslənən fikirlərin müəllifi olub: "Spiker əlindən gələni edir ki, fraksya üzvlərinin nümayəndə heyətini tərkibindən çıxarmaqla AŞPA-da Ermənistan hakimiyyətinə qarşı mənfi fikirlərin söylənməinin qarşıını alsın".
Amma digər deputatlar spikerin qərarını alqışla qarşlayıb.

Elnarə
AzNews.az