BŞİH Milli Şuranın mitinqinə icazə verdi – Özəl
23 Oktyabr 2013 14:35 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) oktyabrın 27-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun AzNews.az-a verdiyi məlumata görə, Milli Şuranın razılaşdırılma ilə bağlı məktubuna müsbət cavab verilib. Belə ki, Milli Şuranın oktyabrın 27-də Yasamal rayonunda yerləşən "Məhsul" İdman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.
Ramil
AzNews.az