Sabah temperatur yüksələcək
24 Oktyabr 2013 08:36 (UTC+04:00)
Oktyabrın 25-dən Azərbaycanda hava mülayimləşəcək, temperatur yenidən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanda havanın temperaturunun enməsi bu gün əsasən günorta saatlarında müşahidə ediləcək. Oktyabrın 25-26-da isə hava şəraiti yenidən sabit və yağmursuz olacaq.
Havanın temperaturu oktyabrın 24-ü ilə müqayisədə temperatur yenidən bir necə dərəcə yüksələcək.
Həmin günlərdə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15-20, Aran rayonlarında 19-24, dağlarda 10-15 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Oktyabrın 25-26-da atmosfer təzyiqinin kəskin aşağı enəcəyi proqnozlaşdırılır ki, bu da meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq.
Qeyd edək ki, oktyabrın 24-də gündüz Bakıda və Abşeron yarımadasında havanın temperaturu 8-13, rayonlarda 14-19 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılıb.
AzNews.az