Qocalmağın qarşısını alan eşşək südü
24 Oktyabr 2013 20:20 (UTC+04:00)
Asmadan xərçəngə qədər bir çox xəstəliklərin müalicəsində istifadə edilən eşşək südünün ən çox içildiyi ölkələrin adı məlum olub.
Türkiyə mətbuatı xəbər verir ki, 1998-ci ildən bəri Antalya və Bodrumda turistlər eşşək və dəvə südü sifariş verməyə başlayıb.
Eşşək çox süd vermədiyindən onu südü daha baha qiymətə satılır. Belə ki, gündə ən çox 1 litr süd verən eşşəyin südü 5-6 ay sonra gündə yarım litrə düşür. Eşşək südünün litri təqribən 40 dollara satılır ki, bəzi ölkələr üçün bu qiymət dəyişir.
Eşşək südü İtaliya, Fransa, İngiltərədə daha çox istehsal olunur. Yunanistan hökuməti eşşek südü istehsalı üçün xüsusi dəstək proqramı həyata keçirir.
Elmi araşdırmalarla ana südünə ən yaxın süd olduğu təsdiqlənən eşşək südündən allergiya, ürək və damar xəstəlikləri, astmanın müalicəsində istifadə edilir.
Vitamin və minerallarla zəngin olan eşşək südü qocalmanı gecikdirir. Avropa bazarında eşşək südündən hazırlanan çox sayda kosmetik məhsul alıcılara təqdim edilir.
Elnur
AzNews.az