Naməlum şəxs 12 nəfəri girov götürdü

25 Oktyabr 2013 09:27 (UTC+04:00)
Almaniyada şəxsiyyəti məlum olmayan bir şəxs 12 nəfəri girov götürüb. Girov götürülmənin səbəbləri hələlik bilinmir.

AzNews.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Zahringen səmtində baş verib. Polisin açıqlamasına görə, hadisəni törədən şəxs dünən bir hadisəyə görə məhkəməyə çağırılıb, lakin məhkəməyə getməyib.

Daha sonra polisə zəng edərək bir alış-veriş mərkəzinin parkında olan bufetdə 12 nəfəri girov götürdüyünü bildirərək, polislərlə bazarlıq etməyə başlayıb. Polis həmin şəxsin silahlı olduğunu, özü ilə tez alışan və partlayıcı maddələr götürdüyünü ehtimal edir. Təhlükəsizlik səbəbi ilə ərazi boşaldılıb, giriş-çıxış bağlanılıb. Polis vertolyotu bölgə üzərində davamlı uçuşlar edir.

Elman
AzNews.az