3 yaşlı qız su quyusunda boğuldu

25 Oktyabr 2013 11:17 (UTC+04:00)
Ağdaş rayonunda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə hadisə bu gün səhər saatlarında rayonun Ərəb kəndində qeydə alınıb.

Kənd sakini, 2010-cu il təvəllüdlü İsgəndərova Mənzurə Sübhi qızı həyətdəki su quyusunun yanında oynayanda ayağı sürüşərək quyuya düşüb.

Valideynləri hadisədən gec xəbər tutub, uşaq boğularaq ölüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzNews.az