Yaşlılar “övladlığa götürüləcək”

25 Oktyabr 2013 18:52 (UTC+04:00)
Bolqarıstanda ahılların baxıcı ailələr tərəfindən "övladlığa" götürülə biləcəyi istiqamətində yeni bir sistem qurulur.

AzNews.az-ın məlumatına görə, belə bir təkliflə Bolqarıstan Sosialist Partiyası ölkə parlamenti qarşısında çıxış edib. Yerli "Trud" qəzetinin verdiyi xəbərdə isə bildirilib ki, yaxınları olmayan təqaüdçü vətəndaşlar, baxım üçün professional baxıcı ailələrə göndəriləcək. Baxıcı ailələrlə evin böyüklüyü, təqaüdçü vətəndaşların iaşə və digər ehtiyacları kimi mövzuların ifadə edildiyi şərtlərin yer aldığı müqavilə imzalanacaq. Yaşlı vətəndaşların xərcləri isə dövlət tərəfindən ödəniləcək.
Təqaüdçü vətəndaşlara xidmət edəcək baxıcı ailələrə aylıq ortalama 510 leva (400 dollar) pul verilməsi nəzərdə tutulub.


İbrahim Kamiloğlu
AzNews.az