Zakir Qaralov geniş əməliyyat müşavirəsi keçirdi

25 Oktyabr 2013 15:48 (UTC+04:00)
Bu gün baş prokuror Zakir Qaralovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində geniş əməliyyat müşavirəsi keçirilib.


Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, tədbiri giriş nitqi ilə açan Baş prokuror prezidenti seçkilərinin demokratik, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəraitdə keçirilməsi və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə İlham Əliyevi Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından təbrik edib.

Korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olmasını vurğulayan Baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib.

O, ölkə başçısı İlham Əliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində verdiyi tapşırıq və tövsiyələrə, habelə oktyabrın 9-da prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciəti və andiçmə mərasimi zamanı korrupsiyaya qarşı mübarizənin ümumxalq işi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli nitqindən irəli gələn vəzifələrin vacibliyini qeyd etməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış orqan olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd edib.

Əməliyyat müşavirəsində "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar tapşırıq və tövsiyələrinin icrasına dair Tədbirlər Planı" təsdiq edilib.