“Təbiətin səhvi”nə 60 milyon dollar qiymət qoyulub
25 Oktyabr 2013 22:08 (UTC+04:00)
Brilliant həvəskarları noyabrın 13-də keçiriləcək hərraca hazırlaşırlar. Məhz həmin gün dünyanın ən uzun və qiymətli brilliantı satışa çıxarılacaq. AzNews.az NTV-yə istinadən xəbər verir ki, brilliant həvəskarları indidən 13 noyabra planlaşdırılan auksionda yer bron edirlər. Hərraca maraq göstərənlər təkcə brilliantın potensial alıcıları deyil, həm də həvəskarlardır. NTV-də yer alan məlumata görə, bu nadir daş indiyə qədər görünməmiş bir məbləğə satılacaq. Onun ilkin qiyməti kimi 60 mln. dollar nəzərdə tutulur ki, bu da hər qram üçün 5 mln. dollar edir. Qeyd edək ki, çəhrayı almazlar çox nadir növə aiddir. Onlar bütün tapılan almazların içərisində 0.01 faizini təşkil edir və "təbiətin səhvi" adlandırılır.
Əli
AzNews.az