Müxalifət lideri həbsxanada nikah şahidi olacaq
26 Oktyabr 2013 07:06 (UTC+04:00)
Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Hasdal hərbi həbsxanasında saxlanılan Mehmet Ali Çələbinin nikah şahidi olacaq.
Nikah oktyabrın 30-da keçiriləcək. Kezban Merey ilə həbsxanada evlənəcək hərbçinin nikah şahidi olmaq üçün Kılıncdaroğlu da bu həbsxanaya gedəcək.
Partiyadan verilən açıqlamaya görə, Kılıçdaroğlu ilə birlikdə millət vəkillərinin də daxil olduğu böyük qrup nikah mərasimində iştirak edəcək.
Elnur
AzNews.az