ABŞ dünya liderlərinin telefonlarını artıq dinləmir
28 Oktyabr 2013 08:01 (UTC+04:00)
Amerika xüsusi xidmət orqanları Almaniya kansleri Angela Merkel də daxil olmaqla dünya liderlərinin telefonlarının dinlənilməsini dayandırıb.
AzNews.az xəbər verir ki, telefonların dinlənilməsinə hələ bu ilin yayında daxili yoxlamadan sonra son qoyulub.
"Wall Street Journal"ın yazdığına görə, Milli Təhlüksəizlik Agentliyi 35 liderin telefonlarını dinləməsi prosesi Ağ evin xəbəri olmadan aparılıb. Ağ Ev bundan xəbər tutduqdan sonra telefon dinləmələrinə son qoyulub.
Qeyd edək ki, bundan əvvəl "Bild am Sontag" qəzeti Barak Obamanın telefon dinləmələrindən xəbərdar olduğunu yazmışdı. Qəzetin iddiasına görə, Obama Merkelin telefonlarını dinlənildiyini hələ 2010-cu ildən bilib, ancaq buna qarşı heç bir tədbir görülməsini tapşırmayıb.
Elnur
AzNews.az