Keçmiş müdafiə nazirinə 3 il 9 ay həbs

28 Oktyabr 2013 12:07 (UTC+04:00)

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayı 3 il 9 ay azadlqıdan məhrum edib.

AzNews.az "Новости-Грузия"ya istinadən xəbər verir ki, keçmiş nazir 2006-cı ildə həbsxanada qiyam zamanı səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.

Tbilisi həbsxanasında həmin zaman baş verən qiyamın yatırılması üçün keçirilən əməliyyat zamanı 7 məhbus həlak olub, 22 nəfər yaralanıb. Qiyamın 6 təşkilatçısı və fəal iştirakçıları isə 6-10 il azadlqıdan məhrum edilib.

Elnur
AzNews.az