Əli Əhmədov Milli Məclisin üzvü kimi fəaliyyətini dayandırdı

28 Oktyabr 2013 16:41 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə baş nazirin müavini təyin edilən Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Milli Məclisin üzvü kimi fəaliyyəti dayandırılıb.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin dördüncü bəndinə əsasən olan prosedurdur.

A. Təvəkküloğlu xatırladıb ki, bu maddəyə əsasən, dövlət və hökumət orqanlarında vəzifə alan deputat dərhal mandatını itirmiş hesab olunur.

Artıq Ə. Əhmədovun adı Milli Məclisin informasiya bazasında deputatlar siyahısından çıxarılıb. Bununla, Ə. Əhmədovun deputatlıq fəaliyyətinə xitam verilib.

Son rəsmi qərarı isə Mərkəzi Seçki Komissiyası verəcək.

AzNews.az