Baş Prokurorluqdan Gülər Əhmədovanın iddialarına cavab
29 Oktyabr 2013 10:56 (UTC+04:00)
Baş Prokurorluq həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşan Elşad Abdullayevin Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilməməsi barədə səsləndirdiyi iddialara cavab verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında Elşad Abdullayevin Azərbaycana ekstradisiya olunacağı barədə Baş Prokurorluğunun rəhbərliyi tərəfindən mövqe bildirildiyini qeyd edib.
Xatırladaq ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında Elşad Abdullayevin ekstradisiyası ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu bildirib: "Mən əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq".
AzNews.az