Çin ütülərindən izləmə cihazı çıxdı- VİDEO

29 Oktyabr 2013 20:30 (UTC+04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində Çin istehsalı olan ütülərin içindən izləmə cihazları çıxıb.


AzNews.az xəbər verir ki, məsələ ilə əlaqədar mətbuata açıqlama verən elektron avadanlıqlar satan "Sobol" şirkətinin sədri İnnokenti Fyodorov Çindən gətirilən ütülərin içindən kiçik izləmə cihazları tapdıqlarını deyib. Jurnalistlərə cihazları təqdim edən Fyodorov bəzi çay dəstgahı və telefonlardan da bənzər cihazlar tapdıqlarını söyləyib.

İzləmə cihazlarının yerləşdikləri məkandan 200 metr uzaqlıqdan şifrə istifadə etmədən Wi-Fi sisteminə daxil olduğu və daha sonra Çin saytlarına hələ təyin edilməsi mümkün olmayan kod göndərdiyi iddia edilir. Həmin kodla bəzi məlumatlar Çinə ötürülür.

Rus kompüter mütəxəssislərinin bildirdiyinə görə, cihazlar internet şəbəkələrə qoşularaq virus da göndərir.Təxminən 30 ütünün şəhərin digər mağazalarına satıldığı bildirilir. Şirkət rəhbərliyi məsələ ilə əlaqədar Çin tərəfinə yazılı məlumat göndərdiklərini və hələ də cavab almadıqlarını vurğulayıb.



İbrahim Kamiloğlu
AzNews.az