İlham Əliyev Xorvatiyanın keçmiş prezidentini qəbul etdi

30 Oktyabr 2013 15:03 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, son illər ölkələrimiz arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini deyib.

Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb, Xorvatiyadan olan şirkətlərin Azərbaycandakı fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun xalqlararası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

AzNews.az